“Deputatlar da əfvlə bağlı müraciət edir” - Komissiya üzvü

“Deputatlar da əfvlə bağlı müraciət edir” - Komissiya üzvü
  05 Fevral 2018    Oxunub:2041
Novruz bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq ötən həftədən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib.
Komissiyanın baş tutan iki iclasında 200-dən çox məhkumla bağlı müraciətə baxılıb. Ümumilikdə isə komissiyaya əfvlə bağlı 1000-dək müraciət daxil olub.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş şəxslərlə bağlı müraciətlər daxil olur.

“Əfvlə bağlı məhkumların özləri, ailə üzvləri, onların nümayəndələri, vəkilləri, Milli Məclisin deputatları və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən müraciətlər edilib”.

Komissiya üzvünün sözlərinə görə, hər bir müraciətə ətraflı baxılacaq və müvafiq rəy qəbul ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əfv-Komissiyası   Əliməmməd-Nuriyev  





Xəbər lenti