MSK sabah seçki ilə bağlı iclas keçirəcək

MSK sabah seçki ilə bağlı iclas keçirəcək
  05 Fevral 2018    Oxunub:1902
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.
MSK-dan AzVision.az-a daxil olan məlumata görə, iclas sabah - fevralın 6-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bununla bağlı Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: Seçki   MSK  





Xəbər lenti