Ağstafada mərmi və qumbaralar tapılıb

Ağstafada mərmi və qumbaralar tapılıb
  05 Fevral 2018    Oxunub:1052
Ağstafada 6 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Həsənsu kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə su arxının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 6 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) və 1 ədəd 40 mm-lik silah qumbarası) aşkar olunub, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

AzVision.az


Teqlər: ANAMA   Ağstafa   Qumbara   Mərmi  





Xəbər lenti