ABŞ rəsmisi prezidentin qəbulunda - Qarabağdan danışıldı (Yenilənib)
Bricet Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı. O, ABŞ-ın ölkəmizin təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olundu, bunun Avropa ilə Asiya arşında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulandı, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunuldu, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirildi.
Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident ABŞ