Azərbaycanda doluya qarşı mübarizə başlayır

Azərbaycanda doluya qarşı mübarizə başlayır
  06 Fevral 2018    Oxunub:3092
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.
Kənd Təsərrüfatı Nazirliyininin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, artıq doludağıdan toplardan istifadənin zamanı yetişib.

“Məlumdur ki, kənd təsərrüfatı riskli sahədir. Aparılan müşahidələr göstərir ki, fəslin müəyyən vaxtında yağan dolu kənd təsərrüfatına ciddi ziyan vura bilir. Müasir dövrdə iri təsərrüfatlar yaranır. Təbii fəlakitinin verdiyi ziyanın qarşısın alınması zamanı yetişib”.

M.Hacıyev bildirib ki, doludağıdan toplardan istifadə ilə bağlı müzakirələr aparılır: “Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aiddir. Əgər layihə həyata keçirilərsə, kənd təsərrüfatına müsbət təsiri olacaq. Sovetlər dönəmində də dolu dağıdanlar mövcud idi”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dolu   ETSN   Nazirlik   Murtuzəli-Hacıyev  





Xəbər lenti