Deputatları narazı salan qanun müzakirəyə çıxarılır

Deputatları narazı salan qanun müzakirəyə çıxarılır
  06 Fevral 2018    Oxunub:1497
Sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, komitənin bundan öncəki iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi geri qaytarılmışdı. Müzakirələr zamanı fikir ayrılığı yaranmış, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunmuşdu.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun   Əlil  





Xəbər lenti