Bələdiyyə sədri parlamentdə şikayətləndi: "Vergi yığa bilmirik"

Bələdiyyə sədri parlamentdə şikayətləndi: "Vergi yığa bilmirik"
  06 Fevral 2018    Oxunub:2018
“Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər”.
AzVision.az xəbər verir ki, bunu Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

Bələdiyyə sədri bildirib ki, “çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra ola bilər:

“Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin “çıxarış”ı olmur. Belə olan, halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin “çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermədiklərini deyirlər. Bu da ümumi prosesə təsir göstərir”.

Deputat Fəzail İbrahimli isə qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılmasının doğru olmadığını deyib: “Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır? Binalar qeydiyyata alınmalı, sonra vergi yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Bələdiyyə   Vergi   Mənzil   Parlament  





Xəbər lenti