Xırdalan və Abşeron qazsız qalıb

Xırdalan və Abşeron qazsız qalıb
  06 Fevral 2018    Oxunub:1789
Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 millimetrlik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12:30-dan etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb. Təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparır. Yaranmış məhdudiyyət saat 16:00-dək aradan qaldırılaraq yuxarıda qeyd olunan yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az




Teqlər: Qaz   Abşeron  





Xəbər lenti