Qəbələ “İslam dünyasının turizm paytaxtı” seçilib

Qəbələ “İslam dünyasının turizm paytaxtı” seçilib
  06 Fevral 2018    Oxunub:3165
Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilib.
AzVision.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Twitter səhifəsində yerləşdirilən məlumata görə, bu barədə qərar İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransında qəbul olunub.

Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.

AzVision.az


Teqlər: Qəbələ   İƏT  





Xəbər lenti