Bakıda məişət tullantıları yanır

Bakıda məişət tullantıları yanır
  06 Fevral 2018    Oxunub:1790
Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti