Prezident seçkiləri barədə Təqvim Planı təsdiqləndi

Prezident seçkiləri barədə Təqvim Planı təsdiqləndi
  06 Fevral 2018    Oxunub:3082
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planını qəbul edib.
AzVision.az xəbər verir ki, Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsi müəyyən edilib.

Təqvim Planında qeyd olunub ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilərlər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Təqvim-Planı  





Xəbər lenti