Seçkiqabağı təşviqat kampaniyasının vaxtı məlum oldu

Seçkiqabağı təşviqat kampaniyasının vaxtı məlum oldu
  06 Fevral 2018    Oxunub:2150
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlər üçün təşviqat kampaniyasının vaxtı məlum olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayacaq, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılacaq.

Təqvim Planına uyğun olaraq martın 19-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u, səhər saat 10:00-da başa çatacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Təşviqat  





Xəbər lenti