“Xalqın iradəsindən yüksək heç nə yoxdur” - MSK sədri

“Xalqın iradəsindən yüksək heç nə yoxdur” - MSK sədri
  06 Fevral 2018    Oxunub:1625
"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir".

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
"Reallıq olduğuna görə buna göz yummaq olmaz. Narahat olmaq lazım deyil. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur",- deyə MSK sədri çıxışında söyləyib.

M. Pənahov vurğulayıb ki, MSK yerli və xarici KİV-lərin əməkdaşlarına daim açıqdır: "Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. Çünki ideal heç nə yoxdur".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Məzahir-Pənahov   Seçki  





Xəbər lenti