Məzahir Pənahovdan sosial şəbəkələrlə bağlı xəbərdarlıq

  06 Fevral 2018    Oxunub : 1399
Məzahir Pənahovdan sosial şəbəkələrlə bağlı xəbərdarlıq

"Növbədənkənar prezident seçkilərində təşviqat müddəti başlayana qədər hansısa namizədin və onun tərəfdarlarının təşviqatla məşğul olması yolverilməzdir".

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri vurğulayıb ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat aparmaq qadağandır:

"Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa şəxsin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu barədə məsləhətləşib, namizədlə bağlı addım atacağıq", -deyə MSK sədri vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSK   Məzahir-Pənahov   Seçki   Təşviqat