Seçki bülletenləri aprelin 1-dək hazır olacaq

Seçki bülletenləri aprelin 1-dək hazır olacaq
  06 Fevral 2018    Oxunub:2857
Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.
AzVision.az xəbər verir ki, bu bardə məlumat bu gün Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planında əksini tapıb.

Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır. MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.

MSK-nın Katibliyinin İnformasiya Mərkəzi səsvermə günü - aprelin 11-də seçici fəallığı ilə bağlı ilkin məlumatları gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da açıqlayacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki-bülletenləri  





Xəbər lenti