Minsk qrupunun fransalı həmsədri Bakıya gəlib

Minsk qrupunun fransalı həmsədri Bakıya gəlib
  07 Fevral 2018    Oxunub:1903
Bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Azərbaycana gəlib.
AzVision.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə dair keçiriləcək görüşlərdə iştirak etmək üçüm Minsk Qrupunun digər həmsədri, rusiyalı İqor Popovun da bu gün Bakıya gələcəyi gözlənilir. Amerikalı həmsədr Endryu Şofer isə fevralın 3-dən Azərbaycanda səfərdədir.

Qeyd edək ki, fevralın 7-də Minsk qrupunun həmsədrlərinin Bakıda dövlət rəsmiləri ilə görüşü keçiriləcək. Bakı səfərindən sonra həmsədlər Ermənistana yollanacaqlar.

AzVision.az



Teqlər: ATƏT   Minsk-Qrupu   Həmsədr   Qarabağ  





Xəbər lenti