"Qarabağ Azərbaycanın əzəli torpağıdır" - Maksim Şevçenko (VİDEO)

"Qarabağ Azərbaycanın əzəli torpağıdır" - Maksim Şevçenko (VİDEO)
  07 Fevral 2018    Oxunub:5456
"Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır".

Rusiyanın məhşur jurnalisti və ictimai-siyasi xadim Maksim Şevçenko Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı sualı cavablandırarkən belə deyib.
Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, 2008-2012-ci illərdə Rusiya İctimai Palatasının üzvü olmuş Şevcenko öz ölkəsində böyük nüfuza sahibdir. Rusiya kimi böyük bir dövlətdə kifayət qədər söz haqqı olan M.Şevçenko Ermənistanı düşmən dövlət adlandırıb. Bu fakt bir daha Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının günü-gündən artdığını sübuta yetirir. Nəticədə isə ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir.

Jurnalist, həmçinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə baglı qənaətini bölüşüb.

Məhşur jurnalist Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və heç bir fərziyyənin bu faktı dəyişə bilməyəcəyini vurğulayıb.

Rusiyanın ictimai-siyasi xadimi Dağlıq Qarabağın Azərbaycanın tarixi torpagı olması faktını birmənalı şəkildə ifadə etməklə və Ermənistanı düşmən dövlət kimi göstərməklə işgalçı ölkənin əsl mahiyyətini açıb ortaya qoyub. (Xəzər TV)



AzVision.az


Teqlər: Rusiya   Jurnalist   Qarabağ   Şevcenko  





Xəbər lenti