Zavoddakı yanğının səbəbi məlum deyil - Nazirlik

Zavoddakı yanğının səbəbi məlum deyil - Nazirlik
  07 Fevral 2018    Oxunub:2001
Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma" zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bu gün saat 19:17 radələrində "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Zavod   Partlayış   Yanğın   Nazirlik  





Xəbər lenti