Polşada AXC-nin 100 illiyi qeyd olunur

Polşada AXC-nin 100 illiyi qeyd olunur
  07 Fevral 2018    Oxunub:1855
Varşava Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi panel təşkil edilib.
Azərbaycanın Polşadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə səfir Həsən Həsənov, Universitet və fakültə rəhbərliyi, müəllim heyyəti və tələbələr iştirak ediblər.

Paneldə tarix elmləri doktoru səfir Həsən Həsənov, VU Şərqi Avropa Araşdırma Mərkəzinin fəlsəfə elmləri doktoru David Kolbaia, VU Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsinin əməkdaşı fəlsəfə elmləri doktoru Pavel Stavaş, Hərbi Akademiyanın Təhlükəsizlik fakültəsinin əməkdaşı xanım Malqojata Zavadzka və Azərbaycanşünaslıq tədris proqramının rəhbəri fəlsəfə elmləri doktoru Şəhla Kazımova çıxış ediblər.

Tədbirin ikinci hissəsində Azərbaycan xalq musiqisindən ibarət konsert keçirilib.

AzVision.az


Teqlər: Polşa   AXC   100-il  





Xəbər lenti