Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi olacaq

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi olacaq
  07 Fevral 2018    Oxunub:2929
Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılacaq.
AzVision.az-ın məlumatına görə, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə Ali Məhkəmənin hakimi səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə edilib.

Layihə səsvermədən keçərsə, qərar fevralın 25-də qüvvəyə minəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ramiz-Rzayev   Ali-Məhkəmə  





Xəbər lenti