Bütün xəbərlər bir ünvanda! - Azərbaycanda ilk aqreqator saytı yaradıldı

Bütün xəbərlər bir ünvanda! - Azərbaycanda ilk aqreqator saytı yaradıldı
  07 Fevral 2018    Oxunub:9718
Bugündən Azərbaycanda ilk xəbər aqreqatoru olan Aqreqator.az saytı fəaliyyətə başlayıb. İndi ölkənin bütün aparıcı xəbər portallarının dərc etdikləri xəbərləri bir pəncərədə izləyə biləcəksiniz.
Məlum olduğu kimi, adətən oxucu daha tam informasiya əldə etmək üçün bir deyil, bir neçə xəbər saytını oxuyur. Ölkədə isə xəbər saytları həddindən artıq çoxdur, onların əksəriyyətində isə xəbərlər təkrarlanır. Aqreqator.az saytı bu problemi aradan qaldıraraq, oxucunu daha tam, nizamlı, ardıcıl və ilk mənbədən xəbər axını ilə təmin edəcək.

Saytda hər dəqiqə əsas xəbərlərin başlıqları yerləşdiriləcək. Oxucu özünü maraqlandıran başlığı seçdikdə həmin xəbər olduğu saytda açılacaq.

Yəni faktiki olaraq bütün mediada yayılan informasiyalar vahid xəbər lentində təqdim edilir. Oxucu ancaq bir sayta girməklə bütün saytları və xəbərləri izləmək imkanı əldə edir.

Hazırda dünyada müxtəlif məşhur xəbər aqreqatorları mövcuddur. Azərbaycanda bu layihə Aqreqator.az saytında reallaşdı. Şüarı isə belədir: “Ən informasiyalı Siz olun.”



Teqlər: #Aqreqator  





Xəbər lenti