Erməniləri qorxuya salan artilleriya qurğusu - ARAYIŞ

  07 Fevral 2018    Oxunub : 17945
Erməniləri qorxuya salan artilleriya qurğusu - ARAYIŞ
Xəbər verdiyimiz kimi, bu gün qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.
AzVision.az xəbər verir ki, döyüş atışlı taktiki təlimlərdə istifadə edilən "DANA" özüyeriyən artilleriya qurğuları Çexiya istehsalıdır və ermənilərin ən çox qorxduğu hərbi texnikarlardan biridir.

Qeyd edək ki, ötən ilin sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.



“SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir. Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.



Avtomatik rejimdə “DANA” 7 dəqiqə ərzində 30 mərmi ata bilər, bir saat ərzində isə 90 atış həyata keçirir. Qurğunun döyüş komplekti 60 mərmidir. Sistem atış üçün D30 sovet qaubitsasının mərmilərindən istifadə edir. 225 dərəcə sektor boyu atış həyata keçirə bilir. Qəlpəli-fuqas mərmiləri ilə maksimal atış məsafəsi 19 kilometrə yaxındır. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər.



Qurğu şose yolda saatda 80 kilometr sürətlə gedir, dolu yanacaq çənləri ilə 800 kilometr məsafə qət edir. “DANA” özüyeriyən qaubitsalarının güclü “Tatra” (365 at gücü) mühərriki ilə təchiz edilmiş olduqca yüksək manevr qabiliyyətinə malik olan mobil platformada yerləşdirilməsi ona düzənlik ərazilərdə daha yüksək hərəkətlilik imkanı yaradır.



Qeyd edək ki, MDB ölkələrindən “DANA” özüyeriyənləri ancaq Gürcüstan ordusunda var. Gürcüstan Çexiyadan 12 belə sistem alıb və onları 2008-ci ilin avqust müharibəsində tətbiq edib.

AzVision.az

Teqlər: Azərbaycan   Silah