Axtarışda olan 29 nəfər tutulub

Axtarışda olan 29 nəfər tutulub
  08 Fevral 2018    Oxunub:1312
Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Statistika   Axtarış  





Xəbər lenti