Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  09 Fevral 2018    Oxunub:3003
"Dağlıq Qarabağ münaqişəsi bizim üçün ciddi çağırış olaraq qalır".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair konfransda deyib.

O, Vyana, Sankt Peterburq və Cenevrədə ən yüksək səviyyədə dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.

Aİ rəsmisi qeyd edib ki, status-kvo davamlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq lazımdır”.

Mogerini Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti