İlham Əliyevin sənədləri MSK-ya təqdim edildi

İlham Əliyevin sənədləri MSK-ya təqdim edildi
  09 Fevral 2018    Oxunub:2557
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Bu barədə AzVision.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   İlham_əliyev   MSK   Seçki  





Xəbər lenti