Oqtay Şirəliyev vətəndaşları qəbul edib

Oqtay Şirəliyev vətəndaşları qəbul edib
  09 Fevral 2018    Oxunub:3680
Səhiyyə naziri Oqtay Şirəliyev ölkə rəhbərinin tapşırığına uyğun olaraq Bərdə rayon Diaqnostika Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, nazir Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan 13 nəfəri qəbul edərək onların şikayət, təklif və fikirlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər: Oqtay-Şirəliyev  





Xəbər lenti