Azərbaycan-İran əlaqələri müzakirə edilib

Azərbaycan-İran əlaqələri müzakirə edilib
  09 Fevral 2018    Oxunub:1106
Baş nazirin müavini Əli Əhmədov İranın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.
Ə. Əhmədov Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetinin dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək olduğunu, bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirməyə nail olmağı qarşıya hədəf qoyduğunu qeyd edib.

Baş nazirinin müavini yaxın qonşularımızdan olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasının, əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

C. Cahangirzadə münasibətlərimizin təməlində tarixi əlaqələrin, ortaq mədəniyyətin dayandığını, bunun da inkişafda olan bugünkü əlaqələrimizin rəmzi olduğunu deyib. Səfir iki ölkə arasında dostluq və əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

AzVision.az


Teqlər: İran   Səfir   Əli-Əhmədov  





Xəbər lenti