Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı

  09 Fevral 2018    Oxunub : 338
Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verərək, iclas iştirakçılarını sonuncu yazılı test imtahanın nəticələri barədə statistik məlumatlar ilə tanış edib, imtahanın nəticələrini mübahisələndirən bir sıra şəxslərin Dövlət İmtahan Mərkəzində keçirilmiş apellyasiyası barədə məlumat verib. 607 nəfər namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.

Sonra natiq növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.

Daha sonra bir sıra şəxslərin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

AzVision.az

Teqlər: Vəkillər-Kollegiyası