Premyer Liqa başlayır - "Qarabağ" "Qəbələ"yə qarşı

Premyer Liqa başlayır - "Qarabağ" "Qəbələ"yə qarşı
  10 Fevral 2018    Oxunub:1663
Bu gündən Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.
AzVision.az-ın məlumatıa görə, "Zirə" - "Sumqayıt" oyunu ilə 15-ci tura start veriləcək.

Turun mərkəzi matçında isə lider “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. 37 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşan Ağdam təmsilçisi ikinci yerdə olan “Qəbələ”ni 6 xal qabaqlayır. Sabah isə daha iki oyun keçiriləcək. "Keşlə” "Səbail”i, "Neftçi” isə "Kəpəz”i qəbul edəcək.

10 fevral (şənbə)

Topaz Premyer Liqa, 15-ci tur

16:00. "Zirə” – "Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ” – "Qəbələ”

"Azersun Arena”


AzVision.az


Teqlər: Futbol   Klub   Azərbaycan  





Xəbər lenti