Azərbaycanda 3013 nəfər adını, soyadını və atasının adını dəyişdirib

Azərbaycanda 3013 nəfər adını, soyadını və atasının adını dəyişdirib
  10 Fevral 2018    Oxunub:6586
Azərbaycanda 2017-ci ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 3013 müraciət daxil olub.
Bu barədə Ədliyyə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdən verilən məlumatda qeyd edilib ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciətlərin hamısı təmin edilib. Müraciətlərdə vətəndaşlar tərəfindən əsasən pis səslənən, çətin tələffüz edilən, milliyyətə, cinsə uyğun gəlməyən, pis məna verən, gülünc və digər adların dəyişdirilməsi səbəb kimi göstərilib.

"Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra-Qayda) 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir. Qaydanın 1.5-ci bəndinə görə isə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Ad   Soyad  





Xəbər lenti