Həmsədrlər Qarabağa getdilər

Həmsədrlər Qarabağa getdilər
  10 Fevral 2018    Oxunub:1591
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
AzVision.az “Aysor.am” saytına istinadən xəbər verir ki, həmsədrlər separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüblər.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti