Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı
  11 Fevral 2018    Oxunub:4086
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdi. (APA)

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov   Polis   Rəis  





Xəbər lenti