İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar (VİDEO)

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar (VİDEO)
  11 Fevral 2018    Oxunub:2489
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq. Ən maraqlısı odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.
Məlumata görə, dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan yeni təhsil ocağına hazırda inzibati bina axtarılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Xəzər Xəbər"ə deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.

İnstitut üçün yataqxana ayrılması planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.



AzVision.az


Teqlər: Gündüz-İsmayılov   İlahiyyat-İnstitutu  





Xəbər lenti