Rusiyada dəhşətli təyyarə qəzası: 71 ölü (Yenilənib)

Rusiyada dəhşətli təyyarə qəzası:  71 ölü (Yenilənib)
  11 Fevral 2018    Oxunub:7335
Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

***
(16:36)

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Təyyarənin Arqunovo kəndi yaxınlığında qəzaya uğradığı bildirilir.

Hazırda ölən və yaralılar barədə məlumat verilməyib. Əraziyə xilasedici briqadalar göndərilib.



AzVision.az


Teqlər: Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti