AVP İlham Əliyevin namizədliyini dəstəklədi

AVP İlham Əliyevin namizədliyini dəstəklədi
  12 Fevral 2018    Oxunub:1790
Ana Vətən Partiyası (AVP) Ali Məclisinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, iclasda qarşıdan gələn növbədənkənar prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib.

İclasda Ana Vətən Partiyasının Ali Məclisi 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyib və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparılması barədə qərar qəbul edilib.

Məclisdə digər təşkilati məsələlərə də baxılıb.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: YAP   AVP  





Xəbər lenti