Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu

Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu
  12 Fevral 2018    Oxunub:2369
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.
Bu barədə AzVision.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əli Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti