XİN: Rusiyada təyyarə qəzasında ölən şəxs Azərbaycan vətəndaşıdır
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb:
"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır".
XİN rəsmisi qeyd edib ki, məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və aidiyyəti dövlət qurumları RF-nin müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Azərbaycan.Hikmət-Hacıyev Rusiya Təyyarə Qəza