FHN rəsmisi: Bayılda hazırda vəziyyət stabilləşib

FHN rəsmisi: Bayılda hazırda vəziyyət stabilləşib
  12 Fevral 2018    Oxunub:1574
"Bayılın sürüşmə sahəsində 4 evin dağılması gözlənilən hadisə idi".

Bu barədə AzVision.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə vəziyyət stabilləşib və 3 gündür hərəkət yoxdur: “Biz vaxtında təhlükəsizlik tədbirləri görmüşdük və insanları oradan çıxarmışdıq. Hazırda ərazidə tədqiqat işləri aparılır. Lakin biz mütəxəssis kimi məsələ qoymuşuq ki, əhali bu əraziyə bir daha köçürülməsin”.

Qeyd edək ki, ötən həftə Bayıl yamacında baş verən növbəti sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   Bayıl   Sürüşmə  





Xəbər lenti