"Əmanətlər üzrə faiz dərəcələri aşağı salına bilər" - Ekspert

"Əmanətlər üzrə faiz dərəcələri aşağı salına bilər" - Ekspert
  12 Fevral 2018    Oxunub:1483
"Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizədək endirib. Güman olunur, uçot dərəcəsinin azaldılması depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər".
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin azaldılması iqtisadi baxımdan kredit faizlərini də aşağı salmalıdır:

"Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Sonuncu uçot dərəcəsinin aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot dərəcəsinə baxaraq aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot dərəcəsi fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar".

AzVision.az


Teqlər: İqtisadçı   Vüqar-Bayraov  





Xəbər lenti