Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb
  12 Fevral 2018    Oxunub:1160
Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Qeyd olunub ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırılır ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək. (Ünvan: Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M).

AzVision.az


Teqlər: DİM   AMEA  





Xəbər lenti