MDB PA Azərbaycanda seçkilərlə bağlı monitorinqlərə başlayıb

MDB PA Azərbaycanda seçkilərlə bağlı monitorinqlərə başlayıb
  12 Fevral 2018    Oxunub:1184
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən uzunmüddətli monitorinqlərə başlayıb.
Filialın mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc edilməsinədək olan müddəti əhatə edəcək. MDB PAA DİMBİ Bakı filialı nəzdində yaradılan qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və ekspertlər bu bölgələrdə monitorinqlər aparacaqlar.

AzVision.az


Teqlər: MDB   Bakı  





Xəbər lenti