Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır

Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır
  13 Fevral 2018    Oxunub:2106
Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, QSC-nin İdarə Heyətinin 2018-ci il 29 yanvar tarixli 1 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan fevralın 15-dən, Köçərlidən isə fevralın 16-dan etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.

AzVision.az


Teqlər: Qatar   Bakı   Köçərli   Sərnişin  





Xəbər lenti