Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi

Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi
  13 Fevral 2018    Oxunub:1682
Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərib.
Bu barədə ATƏT DTİHB-un mətbuat ofisi məlumat yayıb. Bildirilib ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

AzVision.az


Teqlər: Azərbaycan   Seçki   ATƏT  





Xəbər lenti