Afrin əməliyyatı: 24 gündə 31 şəhid, 143 yaralı

Afrin əməliyyatı: 24 gündə 31 şəhid, 143 yaralı
  13 Fevral 2018    Oxunub:2378
Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatının 24-cü gününə olan məlumat açıqlanıb.

AzVision.az xəbər verir ki, əməliyyatlar zamanı indiyədək Türkiyənin 31 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, "Zeytun budağı" əməliyyatında 1369 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

AzVision.az


Teqlər: Suriya   Afrin   Türkiyə   Şəhid  





Xəbər lenti