Axtarışda olan 29 nəfər saxlanılıb

Axtarışda olan 29 nəfər saxlanılıb
  13 Fevral 2018    Oxunub:1195
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onlardan 20-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti