General Salmanov və polkovnik Zamanov təltif edilib

  13 Fevral 2018    Oxunub : 691
General Salmanov və polkovnik Zamanov təltif edilib
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib.
AzVision.az-ın məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları da vardır.

Onlardan general-mayor Salmanov Səxavət İbrahim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, polkovnik-leytenant Zamanov Sultan Valeh oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

AzVision.az

Teqlər: Naxçıvan   Səfərbərlik   Təltif