Azərbaycanda dini yazarlar hazırlanacaq

Azərbaycanda dini yazarlar hazırlanacaq
  13 Fevral 2018    Oxunub:2391
"Yeni təsis edilmiş İlahiyyat İnstitutunda dini yazarlarımız yetişdiriləcək. Onlar Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun din təyinatlı ədəbiyyatlar hazırlayacaqlar".

Bunu AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Komitə rəsmisi deyib ki, gəncləri yad dini ideologiyalardan qorumaq, vətəndaşlarımızın dini düşüncəsi və bilgisini sağlam müstəvidə milli-mənəvi dəyərlərimizə uyğun formalaşdırmaq üçün milli kadrların yetirişdirilməsi önəmlidir: "Bu istiqamətdə yeni təsis edilmiş İlahiyyat İnstitutunun önəmli fayda verəcəyini düşünürük".

Aytən Zəhra
AzVision.az


Teqlər: İlahiyyat-İnstitutu  





Xəbər lenti