Parlament əlillərlə bağlı yeni qanunu qəbul etdi

Parlament əlillərlə bağlı yeni qanunu qəbul etdi
  13 Fevral 2018    Oxunub:1810
Milli Məclisin bu gün keçirilən pelnar icalsında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O, qeyd edib ki, qanun layihəsi 40 maddə, 8 fəsildən ibarətdir.

Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Parlament   Əlil   Qanun  





Xəbər lenti