Şahin Mustafayev: “Ermənistan bütün layihələrdən təcrid edilib”

Şahin Mustafayev: “Ermənistan bütün layihələrdən təcrid edilib”
  13 Fevral 2018    Oxunub:1889
"Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”.
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb:

“Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".

Nazir qeyd edib ki, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.

AzVision.az


Teqlər: Şahin-Mustafayev   İqtisadiyyat-Nazirilyi   Ermənistan  





Xəbər lenti