Çavuşoğlu: “Türkiyə xalqı ABŞ-ı dostu hesab etmir”

Çavuşoğlu: “Türkiyə xalqı ABŞ-ı dostu hesab etmir”
  14 Fevral 2018    Oxunub:1640
Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir və bu, Vaşinqtonun PYD və YPG terrorçularına münasibəti ilə bağlıdır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Nazir bildirib ki, Afrində əməliyyatlar başladığı gündən Türkiyə ABŞ-la səmimi olub, amma Ağ Ev administrasiyası əvvəllər olduğu kimi Türkiyə ilə münasibətdə öz vədinə sadiq qalmayıb:

“ABŞ Türkiyənin tələblərini yerinə yetirməli, Suriyada PYD və YPG terrorçularına dəstəyi dayandırmalıdır”.

Çavuşoğlu onu da əlavə edib ki, ABŞ Türkiyənin maraqlarına hörmət etməlidir.

AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu   ABŞ  





Xəbər lenti